
Oran Liseyi Qonaq Klubu
Nüfuzlu Oran akademiyası varlı ailələrin, məşhur simaların və siyasətçilərin övladları üçün nəzərdə tutulub. Sadə ailədən gələn Haruhi Fucioka isə bu elit məktəbə yalnız öz zəkası və çalışqanlığı sayəsində qəbul ola bilir. Lakin təsadüfən dəyəri səkkiz milyon yen olan qədim bir vazanı sındırması gəncin vəziyyətini çətinləşdirir. Bu qədər böyük məbləği ödəmək imkanı olmayan Haruhi məktəbin qızlarını əyləndirən altı yaraşıqlı oğlanın qonaq klubuna borclanır.
Klub üzvləri borcu bağışlamaq üçün yeni bir şərt irəli sürürlər: Haruhi onların sırasına qoşulmalı və yüz xanım müştərinin rəğbətini qazanmalıdır. Məsələni daha da maraqlı edən cəhət isə hər kəsin oğlan zənn etdiyi Fuciokanın əslində qız olmasıdır.
«Oran Liseyi Qonaq Klubu» komediya filmi 2012-ci ildə Yaponiyada rejissor Satoşi Kan tərəfindən ekranlaşdırılıb. Əsas rolları Haruna Kavaquçi, Yusuke Yamamoto, Ryo Ryusey və Masaya Nakamura canlandırır.
«Oran Liseyi Qonaq Klubu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 mart 2012
- Ölkə
- Yaponiya
- Rejissor
- Satoshi Kan
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın