
Kirayə ana
Balaca Sonya atası və nənəsi ilə birlikdə böyüyür. Qızın anası ailəsini ataraq başqa həyat axtarışı ilə Amerikaya köçüb. Keçmiş həyat yoldaşının bu addımından sonra qadınlara inamını itirən ata uşağın ana sevgisi həsrətində olmasından narahatlıq keçirir. O, qızına ögey ananın pis seçim olduğunu nümayiş etdirmək üçün qeyri-adi bir plana əl atır.
Uzaq yol sürücüsü işləyən ata yolüstü kafelərin birində çalışan kobud Tamara adlı bufetçiyə pul təklif edir. Qadın müəyyən müddət onların evində qalıb özünü dözülməz ögey ana kimi aparmalıdır. Nənə bu qərara narazılıq bildirsə də, mane ola bilmir. Ata növbəti reysə yola düşür, lakin nağıllara inanan Sonya bu qadının sadəcə sehrləndiyini düşünərək onu mehriban anaya çevirməyə çalışır.
«Kirayə ana» komediya filmi rejissor Nikolay Mixaylov tərəfindən ekranlaşdırılıb. Rusiya və Ukrayna istehsalı olan bu film 2010-cu ildə işıq üzü görüb. Əsas rolları İlya Şakunov, Yelena Panova, Larisa Kadoçnikova və Mayya Kuzmişina canlandırıb.
«Kirayə ana» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 dekabr 2010
- Rejissor
- Nikolay Mixaylov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın