
Qaçqınlar
Tənha yaşayan qırx beş yaşlı boks məşqçisi Semyon Yevgenyeviç yeniyetmələrə idman dərsləri verir. Uzun illər aralarında olan inciklikdən sonra onun yanına köhnə dostu, varlı və nüfuzlu Nikolay gəlir. Həyat yoldaşı vəfat etmiş Nikolay səkkiz yaşlı qızı Mila barədə danışır və başına bir iş gələrsə, uşağa sahib çıxmasını xahiş edir. Həmin gün Nikolay həyatını itirir.
Mila nənəsinin himayəsində qalsa da, atasından miras qalan nəhəng şirkət səhmləri qızcığazın həyatını təhlükəyə atır. Nikolayın qətlində əli olan keçmiş biznes şərikləri səhmləri ələ keçirmək üçün uşağın izinə düşürlər. Verdiyi vədə sadiq qalan boks məşqçisi isə balaca qızı cinayətkarlardan qorumaq məcburiyyətində qalır.
«Qaçqınlar» filmi 2011-ci ildə Rusiyada rejissor Armen Nazikyan tərəfindən çəkilib. Kriminal dram janrında olan filmin əsas rollarında Maksim Drozd, Yuliya Bedareva, İvan Bataryov və İqor Qolovin yer alıb.
«Qaçqınlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 mart 2013
- Ölkə
- Rusiya
- Rejissor
- Armen Nazikyan
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın