
Təqiblə yarış
Uzaq yol sürücüsü Stepan Çekmenyov kənddəki geniş evində arvadı və iki övladı ilə sakit bir ömür sürür. Növbəti səfərdən qayıtdıqdan sonra, axşam saatlarında qonşu kənddə yaşayan qayınanasıgilə baş çəkmək qərarına gəlir. Yolda ördək ovlamaq həvəsinə düşən Stepan özü ilə tüfəng də götürür.
Qaranlıq meşəyə çatan kimi bir neçə dəfə atəş açır. Vurduğu ovun ardınca kolluqların arasına daxil olanda isə gözlənilmədən gənc bir oğlanın meyiti ilə qarşılaşır. Həmin şəxsi öz gülləsi ilə öldürdüyünü düşünən Stepan dəhşət içində oradan qaçır və hadisə yerindən uzaqlaşmaq üçün tez bir zamanda uzaq reysə çıxmağa çalışır.
«Təqiblə yarış» («Гонка с преследованием») adlı sovet kriminal dram filmi 1979-cu ildə rejissor Olqerd Vorontsov tərəfindən çəkilib. Əsas rollarda Mixail Qoluboviç, Lyudmila Çursina, Lyubov Virolaynen və Nikolay Penkov çıxış edirlər.
«Təqiblə yarış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 iyun 1979
- Ölkə
- SSRİ
- Rejissor
- Olgierd Vorontsov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın