
Palermonu unutmaq
Nyu-York merliyinə namizəd Karmin Bonavia seçkiqabağı kampaniyasını narkotiklərin leqallaşdırılması təklifi üzərində qurur. Qanunsuz ticarətdən külli miqdarda gəlir əldə edən mafiya qruplaşmaları bu təşəbbüsdən ciddi şəkildə narazı qalır. Belə bir addım cinayətkar şəbəkəni əsas maliyyə mənbələrindən məhrum edə bilər.
Seçkilər ərəfəsində italyan əsilli Bonavia bal ayını keçirmək üçün tarixi vətəninə, Palermoya yola düşür. İtaliyada olan yerli cinayətkar qruplar isə fürsətdən yararlanaraq onun mer seçilməsinin qarşısını almaq məqsədilə hərəkətə keçirlər.
1989-cu ildə çəkilmiş «Palermonu unutmaq» adlı dramatik triller İtaliya və Fransa kino ustalarının birgə layihəsidir. Filmin quruluşçu rejissoru Françesko Rozidir. Əsas obrazları Ceyms Beluşi, Mimi Rocers, Coss Ekland və Filipp Nuare canlandırıblar.
«Palermonu unutmaq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 fevral 1990
- Rejissor
- Françesko Rozi
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın