
Aatma
«Aatma» filmi qorxunc bir hadisə ilə başlayır: qaranlıq qüvvənin təsiri altına düşən bir qadın amansız qətl törədir. Bədəni yaralarla örtülən və aqressiv hərəkətlər edən qadının yaxınları kömək üçün bir din xadiminə müraciət edirlər. Şəri bədəndən qovmaq çox çətin keçir və axırda qadından çıxan qüvvə uzağa getmir.
İllər sonra köhnə qarabasma yenidən üzə çıxır. Yerli Hindistan xəstəxanalarından birinin morquna həmin din xadiminin meyiti gətirilir. Həmin andan etibarən gənc həkimin və sevgilisinin sakit günləri bitir: bədxah ruh gənc qızın cismində məskən salaraq onun bütün yaxınlarının həyatını kabusa çevirir.
1996-cı il istehsalı olan bu Hindistan filminin rejissoru Dipak Ramseydir. Kriminal və mistik qorxu janrlarını birləşdirən lentdə əsas rolları Kapil Cxaveri, Nəha, Vikram Sinqh və Amriena canlandırıblar.
«Aatma» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 may 2006
- Ölkə
- Hindistan
- Rejissor
- Dipak Ramsey
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Zee TV
- Müddət
- 107 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın