
Bütün gecə boyu
Üç yaxın dost olan Santo, Suzuki və Tanaka həyatda öz yollarını tapmağa çalışan gənclərdir. Təsadüfən amansız bir qətlin şahidi olmaları onları yaşadıqları ömür barədə dərindən düşünməyə vadar edir. Getdikcə artan gərginlik fonunda ruhi sarsıntı keçirən Santonun təsəlli tapdığı yeganə insan sevdiyi qızdır.
Bir gün küçə cinayətkarları gənc cütlüyə hücum edir. Quldurlar Santonu vəhşicəsinə döyür, sevgilisini isə zorlayaraq öldürürlər. Bu faciə Santonun səbrini daşıran son damla olur. İntiqam almaq qərarına gələn gənc dostları Suzuki və Tanakanı yanına çağırır, əllərinə silah götürərək qatillərdən qisas almaq üçün yola düşürlər.
Kriminal və dəhşət elementləri ilə zəngin olan «Bütün gecə boyu» (Ooru naito rongu) filmini rejissor Katsuya Matsumura çəkib. Yaponiyada istehsal olunmuş dram 1992-ci ildə işıq üzü görüb. Baş rollarda Eisuke Tsunoda, Ryosuke Suzuki, Yoji Ietomi və Hiromasa Taguchi çıxış edirlər.
«Bütün gecə boyu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 noyabr 1992
- Ölkə
- Yaponiya
- Rejissor
- Katsuya Matsumura
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın