
Alov
Polis müfəttişi Vicay gözəl Artiyə bəslədiyi hissləri etiraf etməyə cəsarət tapmır və susmağa üstünlük verir. Bu vaxt onun Amerikadan qayıdan yaxın dostu da gənc qadına vurulur. Çox düşünmədən evlilik təklifi edən dostun bu addımı nişanla nəticələnir və Vicaydan başqa hər kəs yaxınlaşan toyun sevincini bölüşür.
Təntənəli gün ərəfəsində Artinin keçmiş rəisi onun həyatına müdaxilə edir. Qadını qaçıran bu qəddar adam onun namusuna toxunur. Ağır sarsıntı keçirən Arti baş verənləri gələcək qayınatasına danışmaq və ondan anlayış görmək ümidi ilə hər şeyi açıqlamaq qərarına gəlir.
Hindistan istehsalı olan «Alov» (Angaaray) filmi 1986-cı ildə ekranlara çıxıb. Macəra və kriminal elementləri birləşdirən melodramın rejissoru Raceş Setdir. Əsas rolları Raceş Xanna, Smita Patil, Rac Babbar və Şakti Kapur canlandırıblar.
«Alov» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın