
I bastardi
Ögey qardaşlar Ceyson və Edam zərgərlik dükanlarını və bankları qarət etməklə məşğuldurlar. Lakin Edam qardaşına xəyanət edərək oğurlanmış qiymətli daşları və sevgilisini əlindən alır. Ağır xəsarət almış Ceysonu isə kimsəsiz yerdə taleyin ümidinə buraxır.
Ölümcül vəziyyətdə olan gənci bir qadın həkim tapır və öz rançosuna apararaq ona qulluq göstərir. Həkimin səyləri sayəsində sağalan Ceyson ayağa qalxan kimi intiqam planları qurur. O, etibarını tapdalayan qardaşından qisas almağa hazırlaşır.
1968-ci il istehsalı olan «I bastardi» filmi İtaliya, Fransa və AFR kinematoqrafçılarının ortaq kriminal dramıdır. Rejissor Duçço Tessarinin çəkdiyi layihədə baş rolları Culiano Cemma, Klaus Kinski, Rita Heyvort və Marqaret Li ifa edirlər.
«I bastardi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 oktyabr 1968
- Ölkə
- Fransa, İtaliya, Almaniya (AFR)
- Rejissor
- Duçço Tessari
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli, ССК+
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın