
Cəhənnəm qatarı
İctimai asayişi pozduqlarına görə saxlanılan üç nəfər qısa müddət sonra sərbəst buraxılır. Qatarla yola düşən bu şəxslər növbəti cinayətə əl ataraq gənc bir ərəbi qətlə yetirirlər. Baş verən hadisənin yeganə şahidi olan İzabel dərhal polis agenti Kutyeyə məlumat verir.
Qətl xəbəri şəhər sakinlərini qəzəbləndirir və insanlar etiraz aksiyasına toplaşmağa başlayır. Şəhərdə etnik zəmində qarşıdurmaların qarşısını almaq və cinayəti ərəblərin üzərinə atmağa çalışan cinayətkarların hiyləsini üzə çıxarmaq əsas vəzifəyə çevrilir.
1985-ci ildə Fransada istehsal olunmuş «Hell Train» filminin rejissoru Roje Anendir. Kriminal dram janrında çəkilmiş ekran əsərində əsas rolları Karim Allaui, Beatris Kamyura və Fabris Eberxard canlandırıblar.
«Cəhənnəm qatarı» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın