
Staten Island
Nyu-Yorkun eyniadlı bölgəsində yaşayan üç müxtəlif insanın həyat yolu fərqli qayğılarla kəsişir. Kanalizasiya təmizləyicisi Salli gələcək övladının ehtiyacsız böyüməsi üçün yollar axtarır. Kar və lal ərzaq dükanı işçisi Casper isə şəxsi həyatına və işinə müdaxilə edən cinayətkarların təzyiqindən qurtulmağa çalışır.
Eyni ərazidə fəaliyyət göstərən kiçik cinayətkar qrupun rəhbəri Parmi Tarzo isə böyük gəlir əldə edərək ad çıxarmaq xəyalları qurur. Bir-birindən xəbərsiz bu üç şəxsin yolları gözlənilmədən kəsişir və baş verən hadisələr onların heç birinin əvvəlki kimi yaşamasına imkan vermir.
«Staten Island» filmi 2009-cu ildə rejissor Ceyms DeMonako tərəfindən çəkilib. ABŞ və Fransa istehsalı olan ekran əsərində əsas rolları İtan Houk, Vinsent D'Onofrio, Seymur Kessel və Culianna Nikolson canlandırıb.
«Staten Island» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 avqust 2009
- Rejissor
- Ceyms DeMonako
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Birsəsli kadrarxası, Юрий Немахов
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın