
Təqsirkar bilinsin
Cinayət axtarışı əməkdaşı Sergey Voronin öz işinə bütün qəlbi ilə bağlıdır. O, yeniyetmələr üçün idmanla məşğul ola və maraqlı insanlarla görüşə biləcəkləri xüsusi klub yaradır. Lakin Voronini digər bir qrup narahat edir; bu gənclər qarəti adi oyun-oyuncaq sayan yuxarı sinif şagirdi Nikolay Boykonun təsiri altına düşüblər.
Nikolayın anası tanınmış jurnalistdir və karyerası ilə məşğul olduğundan oğluna vaxt ayıra bilmir. Təminatlı ailədən çıxan oğlan dərslərini yaxşı oxuduğu üçün məktəbdəki müəllimlər də ona qarşı heç bir narazılıq bildirmir. Hər dəfə cəzasız qalması yeniyetməni daha ağır addıma sövq edir və o, öz dəstəsindən imtina edən bir qıza bıçaqla xəsarət yetirir.
«Priznat vinovnym» kriminal dramını rejissor İqor Voznesenski ekranlaşdırıb. SSRİ istehsalı olan bu bədii film 1983-cü ildə işıq üzü görüb. Əsas rolları Aleksandr Mixaylov, Vladimir Şevelkov, İqor Roqaçov və Aleksandr Silin canlandırıblar.
«Təqsirkar bilinsin» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 aprel 1984
- Ölkə
- SSRİ
- Rejissor
- İqor Voznesenski
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın