
Hələ sağkən
Həyat yoldaşının qətlinə görə qisas alan Polina amansız düşmənlərindən qurtulmaq üçün Odessaya üz tutur. Qadın bu cənub şəhərində gizlənə biləcəyinə ümid bəsləyir. Çox keçmədən o, Qleb adlı gənclə tanış olur və bu ünsiyyət sadə rəğbətdən daha ciddi bir hisslərə çevrilir.
Cinayətkar dəstənin nüfuzlu simaları məsələni birdəfəlik həll etmək məqsədilə Odessaya gəlirlər. Nəticədə Polina nüfuz dairələrinin bölüşdürülməsi uğrunda başlayan toqquşmaların mərkəzində qalır. Təhlükəli gedişatın qarşısını almaq üçün o, qurbandan ovçuya çevrilərək mafiya başçısını hədəf alır və prosesə sirli keçmişə malik yeni dostlarını da cəlb edir.
2013-cü ildə istehsal olunmuş «Hələ sağkən» («Пока еще жива») filminin rejissoru Aleksandr Atanesyandır. Rusiyanın çəkdiyi bu dram və kriminal janrlı layihədə baş rolları Yevgeniya Trofimova, Aleksandr Astaşonok, Andrey Panin və Aleksey Makarov ifa edirlər.
«Hələ sağkən» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 fevral 2015
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Atanesyan
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın