
Benzin
Stella və Eleonora tamam fərqli təbəqələrdən gələn iki gənc qadındır. Qarasaç Stella avtomobil təmiri ilə məşğul olur, sarışın Eleonora isə varlı ailənin nümayəndəsidir. Sosial fərqlərə baxmayaraq, bir-birinə bağlanan bu cütlük İtaliyada yerləşən kiçik bir yanacaqdoldurma məntəqəsini birlikdə idarə edir.
Eleonoranın anasının gəlişi onların münasibətinə kölgə salır, çünki o, qızının bu birliyinə qəti şəkildə qarşı çıxır. Baş verən gözlənilməz hadisədən sonra qızlar anlayırlar ki, bir yerdə qalmağın yeganə yolu qaçmaqdır.
İtaliya istehsalı olan «Benzin» (Gasoline) kriminal dram filmi rejissor Monika Stambrini tərəfindən çəkilib. 2001-ci ildə nümayiş olunan lentdə əsas rolları Maya Sansa, Redcina Orioli, Mariella Valentini və Kiara Konti canlandırıblar.
«Benzin» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 noyabr 2001
- Ölkə
- İtaliya
- Rejissor
- Monika Stambrini
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın