
Qırmızı lotos
Əyalət şəhərində baş verən gözlənilməz cinayət bütün yerli sakinləri sarsıdır. Nüfuzlu sahibkar və tanınmış həkim güllələnərək qətlə yetirilir. Müstəntiqlərin ilkin gəldiyi qənaətə görə, bu hadisədə adı vaxtilə qurbanla qalmaqalda hallanmış bir qadının əli var.
Elə həmin vaxtlarda dostuna baş çəkməyə gələn paytaxt prokurorluğunun əməkdaşı istirahətini yarımçıq qoymaq məcburiyyətində qalır. O, təhqiqat prosesinə qoşularaq cinayətin izinə düşür. Çox keçmir ki, axtarışlar onu bu qətlin daha dərin və mürəkkəb sirlərin yalnız görünən tərəfi olduğu həqiqətinə aparır.
Ukrayna istehsalı olan «Qırmızı lotos» («Красный лотос») filmi 2009-cu ildə rejissor Zaza Buadze tərəfindən çəkilib. Kriminal dramın əsas rollarında Mixail Mamayev, Yelena Polyakova, Natalya Lesnikovskaya və Vladimir Kapustin yer alıb.
«Qırmızı lotos» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2009
- Ölkə
- Ukrayna
- Rejissor
- Zaza Buadze
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın