
1 Interrogation
İstintaq şöbəsində qırx il çalışan təcrübəli detektiv Bill Deniels insanları dərhal tanımağı və yalanı həqiqətdən ayırmağı bacarır. O, uzun illər ərzində cinayətkarla zərərçəkən arasındakı fərqi baxışlarından anlamağa vərdiş edib.
Bir gün onun qarşısına bədənində zorakılıq izləri olan on səkkiz yaşlı Krissi Cenks çıxır. Qız hər xırda bəhanə ilə ona əl qaldıran qəddar atası Roberti inadla müdafiə etməyə çalışır. Dairə prokuroru Enn Volker ilə birləşən baş qəhrəman qorxu içində olan qızı danışdırmaq və zülmkar atanı məsuliyyətə cəlb etmək qərarına gəlir.
ABŞ istehsalı olan «1 Interrogation» adlı kriminal filmi 2019-cu ildə rejissor Den Ouens çəkib. Əsas rollarda Den Ouens özü, həmçinin Çaridi Vronski, Tom Arnold və Denni Tamburro yer alıblar.
«1 Interrogation» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın