
İcra vərəqəsi
Məhkəmə icraçısı Stas qanunun aliliyini və ədaləti hər şeydən üstün tutur. Çeçenistandakı döyüş yolu onun gənclik xəyallarını aradan qaldırsa da, dostluğun qədrini bilməyi və dara düşənə dayaq olmağı öyrədib. O, məhkəmə zallarında təhlükəsizliyin və qayda-qanunun təmin edilməsinə cavabdehdir.
Korrusiya faktı üzrə aparılan məhkəmə dinləmələri zamanı vəziyyət gözlənilmədən gərginləşir. Prinsipial mövqeyi ilə seçilən andlı iclasçılardan biri naməlum şəxslərin hədə-qorxularına məruz qalır. İcraçı xidməti təlimatların çərçivəsini aşaraq bu cəsarətli vətəndaşa kömək etmək qərarına gəlir.
«İcra vərəqəsi» kriminal filmi 2010-cu ildə Rusiyada məhkəmə icraçıları institutunun yaranmasının 145 illiyi münasibətilə çəkilib. Ekran əsərinin rejissoru Artyom Aksenenkodur. Əsas rolları Aleksandr Nosik, İqor Lifanov, Boris Şerbakov və Roman Qribkov canlandırıblar.
«İcra vərəqəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 oktyabr 2010
- Ölkə
- Rusiya
- Rejissor
- Artyom Aksyonenko
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın