
Çətirlə zərbə
«Çətirlə zərbə» («Le coup du parapluie») komediya filmi aktyor Qrequar Lekontun başına gələn qəribə hadisədən bəhs edir. Kastinq axtarışında olan qəhrəman qapıları səhv salaraq əsl mafiya üzvlərinin otağına daxil olur. Cinayətkarlar onu peşəkar qatil hesab edir və Kit ləqəbli qulduru aradan qaldırmaq tapşırığı ilə birlikdə zəhərli iynəsi olan xüsusi bir çətir verirlər.
Bütün bunların sadəcə kino ssenarisi olduğunu düşünən Qrequar çəkiliş meydançası zənn etdiyi Sen-Tropeyə yola düşür. Bu ərəfədə sifarişdən məhrum qalan əsl muzdlu qatil isə vəziyyəti aydınlaşdırmaq üçün onun izinə düşür.
1980-ci ildə Fransada istehsal olunmuş bu kriminal macəra filminin rejissoru Jerar Uridir. Baş qəhrəmanı Pyer Rişar canlandırıb, digər rollarda Valeri Meress, Kristin Muriyo və Qordon Mitçell çıxış edir.
«Çətirlə zərbə» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın