
Ronny & Klaid
Berlində gecə-gündüz fəaliyyət göstərən köşk işlədən iki dostun biznesi iflas həddindədir. Ronni və Klayd ləqəbli Xalid maddi çətinliklərdən çıxış yolu axtarırlar. Günlərin birində mağazaya gələn Emili adlı gənc qadın onları ziyafətə dəvət edir. Məclisdə Ronni bu qıza vurulur, Klayd isə ruletka masasında külli miqdarda pul uduzur.
Oyunun təşkilatçısı yerli cinayətkar aləmin başçısı, həm də Emilinin atası çıxır. Qumar borcunu bağlamaq üçün gənclərə cəmi bir həftə möhlət verilir. Çıxılmaz vəziyyətdə qalan yoldaşlar Almaniyadakı hər on nəfərdən birinin milyonçu olduğunu oxuyub, qeyri-adi plana əl atırlar. Onlar borcu ödəmək məqsədilə köşklərinə gələcək növbəti on müştərini qaçırmağı qərara alırlar.
«Ronny & Klaid» adlı bu kriminal komediya filmi rejissor Erkan Akar tərəfindən lentə alınıb. Almaniya istehsalı olan ekran işi 2018-ci ildə işıq üzü görüb. Baş rolları Franz Dinda, Sahin Eryilmaz, Xenia Assenza və Guido Broscheit canlandırıblar.
«Ronny & Klaid» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 iyul 2018
- Ölkə
- Almaniya
- Rejissor
- Erkan Akar
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 112 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın