
Dash
Taksi sürücüsü Milli iki fərqli həyat sürür. O, həkim işləyən xanımı ilə hamilə məşuqəsi arasında seçim etməkdə çətinlik çəkir. Tezliklə dünyaya gələcək körpəsinin xərclərini qarşılamaq məqsədilə kişi qeyri-qanuni yola əl atır və gecə növbəsi öncəsi böyük həcmdə narkotik maddə əldə edir.
Yoldaşının avtomobili ilə Hollivud küçələrinə çıxan baş qəhrəman maşına minən müştərilərə gizlicə bu maddələri satmağa çalışır. Lakin ağır vəziyyətdə olan narkotik aludəçisi bir qadının salona daxil olması ilə bütün planlar darmadağın olur.
ABŞ istehsalı olan «Dash» trilleri 2022-ci ildə rejissor Şon Perri tərəfindən ekranlaşdırılıb. Filmdə əsas obrazları Aleksander Molina, Monett Moyo, Peyc Qrimard və Şah Q. Onvuka canlandırıblar.
«Dash» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın