
À l'Instinct
Teva Royer uşaqlığını Amazon meşələrinin dərinliyində yerləşən kənddə keçirib. Hələ azyaşlı ikən meşədə itən Teva yeddi ay təkbaşına qalmış, onun bu müddətdə nələr yaşadığı heç kimə bəlli olmamışdır. Təbiətdə keçirdiyi uzun aylar oğlanda fövqəladə görmə qabiliyyəti, kəskin müşahidəçilik və itlərdən belə güclü bir qoxu duyumu formalaşdırıb.
İllər sonra Teva Kayenna şəhərində polis leytenantı kimi fəaliyyətə başlayır. Şəxsi təcrübəsindən qazandığı qeyri-adi duyğuları sayəsində o, digər əməkdaşların uzun illər aça bilmədiyi ən mürəkkəb cinayət işlərini uğurla həll etməyi bacarır.
Fransa istehsalı olan «À l'Instinct» kriminal filmi 2023-cü ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Miryam Vinokurdur. Əsas rolları Kristofer Bayemi, Şarli Brüno, Mayel Elhacaui və Kamill Agilar canlandırıblar.
«À l'Instinct» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 yanvar 2023
- Ölkə
- Fransa
- Rejissor
- Miriam Vinokur
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın