
Kovid qatili
Nyu-York şəhəri koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda təhlükəli cinayətkarla üz-üzə qalır. Mətbuatın «Kovid qatili» adlandırdığı qaniçən şəhər sakinlərini hədəf alır. Hər kəsin tibbi maska taxmasından istifadə edən cinayətkar üzünü gizlədərək küçələrdə sərbəst şəkildə qurbanlarını axtarır.
Bu qətllər zəncirini araşdırmaq səriştəsiz detektiv Uill Cordana və onun hələ təcrübəsi olmayan yeni həmkarı Martina Pippenə tapşırılır. Fərqli xarakterə malik iki polis əməkdaşı təcavüzkarı tapıb zərərsizləşdirmək üçün vaxtla yarışa girir.
«The Covid Killer» filmi cinayət, qorxu və triller janrlarını bir araya gətirir. 2021-ci il istehsalı olan ABŞ ekran əsərinin rejissoru Ceff Knitdir. Əsas rolları Po Şadou, Ceff Knit, Tony Diaz və Johnny Careccia canlandırıblar.
«Kovid qatili» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın