
Beyrutlu adam
Livan əsilli Momo uzun müddətdir ki, Berlində muzdlu qatil kimi fəaliyyət göstərir. Gözlərinin görməməsinə baxmayaraq, o, hədəflərini həmişə böyük dəqiqliklə aradan qaldırır. Növbəti tapşırıq zamanı ona sadəcə ünvan və vaxt bildirilir, həmin məkanda olacaq üç nəfərin məhv edilməsi tələb olunur.
Əməliyyat vaxtı Momo işini sona qədər çatdıra bilmir. Hədəflər arasında təxminən səkkiz-doqquz yaşlarında Yuna adlı kiçik bir qızın olduğunu hiss edən qatil uşağa qıymaqdan boyun qaçırır. O, uşağı maşına mindirir və sürücüsü Kadirə tapşırır ki, balaca qızı heç kəsə xəyanət etməyəcək etibarlı dostu Eduardın yanına aparsın.
Almaniya istehsalı olan «Beyrutlu adam» (Blind) kriminal dram filmi 2019-cu ildə rejissor Kristof Qempl tərəfindən lentə alınıb. Baş rolları Kida Ramadan, Brelim Destani, Süzanna Vuest və Ceyms Biberi canlandırıblar.
«Beyrutlu adam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 noyabr 2019
- Ölkə
- Almaniya
- Rejissor
- Kristof Qempl
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın