
Deydra və Leyni qatar soyurlar
Yuxarı sinif şagirdi Deydra Tanner iti zəkası ilə seçilir və gələcəkdə kollecdə təhsil almaq üçün kimya testlərinin cavablarını sataraq pul yığır. O, təhsil almaqla yanaşı, tərs kiçik bacısı Leyni və qardaşı Ceti böyütməkdə anasına kömək edir. Yeniyetmə qız yaşıdlarından qat-qat çox yük daşısa da, ailəsini ayaqda saxlamağa çalışır.
Anasının iş yerində olduqca baha qiymətə olan televizoru sındırması və həbsxanaya düşməsi ilə vəziyyət tamam dəyişir. Dəmir barmaqlıqlar arxasında qalmaq ananın tənha həyatına sanki müsbət təsir göstərir, lakin kənarda tək qalan uşaqların düzəni alt-üst olur. Deydra və Leyni böyük çətinliklərlə üz-üzə qalaraq çıxış yolu axtarmaq məcburiyyətində qalırlar.
ABŞ istehsalı olan «Deidra & Laney Rob a Train» kriminal komediya-dram filmini rejissor Sidney Friland ərsəyə gətirib. 2017-ci ildə nümayiş olunan ekran əsərində baş rolları Eşli Mürrey, Reyçel Krou, Lens Qrey və Daniel Nikolet canlandırıb.
«Deydra və Leyni qatar soyurlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 yanvar 2017
- Ölkə
- ABŞ
- Rejissor
- Sidni Friland
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın