
A Fire in the Cold Season
Skott Nyufaundlend adasının kimsəsiz meşələrində təkbaşına yaşayan bir ovçudur və günlərini canavar izləməklə keçirir. Meşədə növbəti gəzintilərinin birində o, naməlum bir kişinin meyiti ilə qarşılaşır. Cəsədin yaxınlığında isə qorxu içində olan hamilə Mona adlı gənc qadın tapır.
Çox keçmədən bəlli olur ki, təhlükəli adamlar artıq Monanın izinə düşüblər. Qatillər qətlə yetirilən kişinin keçmiş cinayət əməllərinin intiqamını bu qadından almaq istəyirlər. Skott həm hamilə Monanı xilas etməyə, həm də öz canını qurtarmağa çalışır.
«A Fire in the Cold Season» adlı Kanada istehsalı olan dram və triller filmini 2020-ci ildə rejissor Castin Oki çəkib. Əsas rolları Mikayela Kurimski, Stiven Oats, Stiv O'Konnell və Terri Rayan ifa edirlər.
«A Fire in the Cold Season» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 sentyabr 2019
- Ölkə
- Kanada
- Rejissor
- Castin Oki
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın