
Sevgi şəhəri
Spenser ögey atasını qətlə yetirdiyinə görə iyirmi il həbsxanada cəza çəkdikdən sonra nəhayət azadlığa buraxılır. Dəyişmiş cəmiyyətə uyğunlaşmaq və insanlarla münasibət qurmaq üçün o, köhnə avtomobilinin sənədlərini saxtalaşdırır. Beləliklə, Spenser Los-Ancelesdə xüsusi xidmət vasitəsilə sürücülük etməyə başlayır.
Sərnişinlərlə baş verən xoşagəlməz anlar və narahatedici gedişlər onun tənhalıq hissini daha da dərinləşdirir. Lakin günlərin birində maşına əyləşən gənc qadın hər şeyi dəyişir. Yeni müştərinin həyatı Spenserə dünyasını dəyişmiş doğma anasının taleyini xatırladır. Qadına qarşı dərin hisslər bəsləyən sürücü onu nəyin bahasına olursa-olsun qorumağı özünə hədəf seçir.
2023-cü ildə ABŞ-da lentə alınan «City of Love» cinayət, komediya və triller janrlarını birləşdirir. Rejissor Èric Boadellanın ekran işində baş rolları Robert DeSezar, Kathryn Schott, Teylor Nikols və Mario Tardon canlandırıb.
«Sevgi şəhəri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 yanvar 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Èric Boadella
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj, Orijinal, Синема УС
- Müddət
- 81 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın