
Jeanny - Das fünfte Mädchen
Vyana yaxınlığındakı Mödlinq qəsəbəsində 18-20 yaş arası gənc qızların müəmmalı şəkildə itkin düşməsi yerli əhalini təşvişə salır. Polisin nəticəsiz axtarışlarından sonra sakinlər gəncləri qorumaq üçün özünümüdafiə dəstəsi yaradırlar. Borc içində olan anası ilə yaşayan 19 yaşlı Cinni məhz belə bir ərəfədə Yohannes adlı cazibədar vergi məsləhətçisi ilə tanış olur.
Yohannes qıza hər addımda dəstək verir və onun özünəinamını artırır. Qısa müddətdə aralarında yaranan hissləri onlar ətrafdakılardan gizli saxlayırlar. Lakin Cinninin sevgilisi tərəfindən izlənildiyini və gizlicə şəkillərinin çəkildiyini öyrənməsi hər şeyi alt-üst edir.
«Jeanny - Das fünfte Mädchen» adlı dramatik triller 2022-ci ildə Avstriya və Almaniya kinematoqrafçılarının birgə əməyi ilə ərsəyə gəlib. Ekran əsərinin rejissoru Andreas Koprjivadı. Baş rolları Tereza Riss və Manuel Rubi canlandırırlar.
«Jeanny - Das fünfte Mädchen» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 yanvar 2022
- Rejissor
- Andreas Koprjiva
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın