İtirilmiş mələklər ölkəsində
Los-Ancelesdə məskunlaşan monqol mühacirləri Anxaa və Orqil böyük məbləğdə vəsait axtarışındadır. Monqolustandakı ağır xəstə qohumun müalicəsi üçün vaxt çox azdır və qanuni yolla pul tapmaq mümkün görünmür. Çıxılmaz vəziyyətə düşən dostlar qanunsuz yola əl atmaq qərarı verirlər.
Onlar varlı bir iş adamının oğlunu girov götürərək xilas müqabilində pul tələb etməyi planlaşdırırlar. Hədəfi əvvəlcədən hazırladıqları sığınacağa gətirən şəriklər tələblərini irəli sürürlər. Artıq geri dönüşün olmadığını dərk edən iki dost gərginlik içində ödənişin edilməsini gözləməyə başlayır.
ABŞ istehsalı olan «In The Land Of Lost Angels» filmi 2019-cu ildə çəkilib. Kriminal dramın rejissoru Bishrel Mashbatdır, əsas rolları isə Sam Bayaraa, Mike Cali, Robert Korsini və Iveel Mashbat canlandırıblar.
«İtirilmiş mələklər ölkəsində» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 noyabr 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Bishrel Mashbat
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın