
Modelçi
İsraildə baş verən terror aktı zamanı sevgilisini itirən Pavel ağır itkidən sonra Praqaya dönür. Məktəb yoldaşının təklifi ilə o, pilotsuz uçuş aparatlarının idarə olunması işinə qoşulur. Eyni zamanda gənc oğlan həlak olan sevgilisinin başladığı mübarizəni davam etdirmək, İraqdakı cinayətlərə görə amerikalı siyasətçiləri məhkəmə qarşısına çıxarmaq niyyətinə düşür.
Ədalət axtarışında olan Pavel prezidentliyə namizəddən, baş prokurordan, eləcə də yaxın çevrəsindən kömək almağa çalışır. Lakin heç kim onun bu təşəbbüsünə dəstək vermir. Cəmiyyətin və rəsmi şəxslərin laqeydliyi ilə qarşılaşan idealist qəhrəman məqsədinə çatmaq üçün hər cür yola əl atmaq qərarı verir.
2020-ci il istehsalı olan «Modelar» filmi cinayət və triller elementlərini özündə birləşdirir. Çexiya, Sloveniya və Slovakiya kinematoqrafçılarının birgə ərsəyə gətirdiyi layihənin rejissoru Petr Zelenkadır. Əsas obrazları Kriştof Qadek, İrji Madl, Veronika Khek Kubarjova və Riçard Stanke canlandırıblar.
«Modelçi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 yanvar 2020
- Rejissor
- Petr Zelenka
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Пилот
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın