
The Scrapper
Cəzasını çəkib azadlığa çıxan Ceyk Nyu-Yorkun Kuins rayonunda dinc həyat qurmağa çalışır. O, metal qırıntıları toplayıb satmaqla ailəsini dolandırır, əqli qüsurlu qardaşının qayğısına qalır və sevgilisi ilə birlikdə körpələrinin dünyaya gəlişini gözləyir. Lakin bacısının cinayətkar karterə külli miqdarda borclu olduğu üzə çıxır və ailəsi təhlükə ilə üz-üzə qalır.
Doğmalarını bu vəziyyətdən qurtarmaq üçün Ceyk keçmişinə qayıtmaq və sonuncu dəfə soyğuna getmək məcburiyyətində qalır. Lakin plan baş tutmur və hadisələr gözlənilməz axara düşür. Nəticədə qəhrəman pəncab və meksikalı dəstələrin qanlı qarşıdurmasının hədəfinə çevrilir.
«The Scrapper» kriminal trillerinin rejissoru Bari Kanqdır. Əsas rolları Mums Da Şemer, Maylz Kloessi, Samrat Çakrabarti və Anil Kumar canlandırıblar. ABŞ istehsalı olan bu film 2021-ci ildə işıq üzü görüb.
«The Scrapper» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın