
Deyilməmiş həqiqət
Briyannın ailə həyatı daimi qorxu və fiziki zorakılıq içində keçir. Onun əri Kley aqressiv xasiyyətə malikdir, qadına şəxsi əşyası kimi yanaşır və ona mütəmadi olaraq əl qaldırır. Barlardan birində yad bir adamın Briyannla söhbət etməsi Kleyin növbəti qısqanclıq böhranına səbəb olur. Ər dərhal davaya başlasa da, güclü rəqibi tərəfindən döyülür.
Təhqir olunmuş Kley qisas almaq qərarına gəlir. O, həmin şəxsi güllələyərək qətlə yetirir. Həbs olunmaqdan qorxan qatil, törətdiyi cinayəti ört-basdır etmək üçün həyat yoldaşını polis qarşısında günahı öz üzərinə götürməyə inandırır.
ABŞ istehsalı olan «The Unspoken Truth» kriminal dram filmi 1995-ci ildə nümayiş olunub. Ekran əsərinin rejissoru Piter Uernerdir, baş rolları isə Lia Tompson, Patrşa Kəlember, Robert İnqlund və Dik O’Nil canlandırıblar.
«Deyilməmiş həqiqət» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 sentyabr 1995
- Ölkə
- ABŞ
- Rejissor
- Piter Uerner
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın