
Mean Machine
İngiltərə yığmasının sabiq kapitanı Denni Mian Almaniyaya qarşı oyunu qəsdən uduzmaqda ittiham edildikdən sonra karyerasını itirir. Çox keçmədən sərxoş vəziyyətdə avtomobil idarə edən və polislərlə əlbəyaxa olan idmançı üç il müddətinə həbs cəzası alır.
Denninin düşdüyü cəzaçəkmə müəssisəsinin rəisi nəzarətçilərdən ibarət komandaya xeyli vəsait xərcləyib və tanınmış futbolçunu məhz öz yanına gətirmək üçün bütün əlaqələrini işə salıb. O, Mianın həmin komandaya məşqçilik etməsini və liqanı qazanmasını tələb edir. Lakin Denni bu təklifi rədd edir və ilk matçda nəzarətçilərlə qarşılaşacaq məhbuslardan ibarət yeni kollektiv hazırlamağı qərara alır.
«Mean Machine» adlı idman komediyasını rejissor Barri Skolnik ərsəyə gətirib. 2001-ci ildə ABŞ və Böyük Britaniyanın birgə istehsalı ilə çəkilən filmdə əsas obrazları Vinni Cons, Ceyson Steytem, Devid Hemminqs və Devid Kelli canlandırıb.
«Mean Machine» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 dekabr 2001
- Ölkə
- ABŞ, Böyük Britaniya
- Rejissor
- Barri Skolnik
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Профессиональный (многоголосый закадровый)
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 99 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın