
Zavod
Günün günorta çağı yerli oliqarx Kaluqin öz avtomobilindən qaçırılır. Maskalı naməlum şəxslər iş adamının azad edilməsi müqabilində külli miqdarda pul tələb edirlər. Tələb olunan vəsaiti təhvil verməyi sahibkarın Tuman ləqəbli mühafizə rəisi öz üzərinə götürür. Onun silahlı dəstəsi gecə vaxtı Kaluqinin girov saxlanıldığı zavoda yollanır.
Mühafizəçilər sexdə barrikada quranların keçmiş hərbçi Sedoyun rəhbərlik etdiyi zavod fəhlələri olduğunu hələ bilmirlər. Müəssisənin müflisləşməsi və altı ay maaş ala bilməmələri bu insanları kəskin addım atmağa vadar edib. Sahibkarı xilas etmək istəyən döyüşçülərlə itirəcək heç nəyi qalmayan zəhmətkeşlər üz-üzə gəlir.
«Zavod» adlı kriminal dram filminin rejissoru Yuri Bıkovdur. Rusiya, Fransa və Ermənistanın birgə istehsalı olan bu ekran əsəri 2018-ci ildə işıq üzü görüb. Əsas rolları Denis Şvedov, Andrey Smolyakov, Vladislav Abaşin və İvan Yankovski canlandırıblar.
«Zavod» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 sentyabr 2018
- Ölkə
- Fransa, Rusiya, Ermənistan
- Rejissor
- Yuri Bıkov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur, Оригинал
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 109 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın