
Yetər
Slim adlı ofisiant qadın zəngin Mitch ilə tanış olur və qısa müddət sonra onunla ailə qurur. Cütlük gözəl bir ev alır, onların bir qız övladı dünyaya gəlir və ailə həyatı kənardan problemsiz görünür. Lakin bu firavanlıq uzun sürmür.
Slim ərinin ona xəyanət etdiyini öyrənir. Qadın evdən uzaqlaşmaq istədikdə isə Mitch qəddarlaşır, həm Slim, həm də beşyaşlı qızı üçün birbaşa təhlükə mənbəyinə çevrilir. Davamlı gizlənməyin çıxış yolu olmadığını anlayan ana övladını etibarlı yerə qoyur və ərinə cavab vermək üçün fiziki və mənəvi cəhətdən hazırlaşmağa başlayır.
ABŞ istehsalı olan «Yetər» («Enough») filmi 2002-ci ildə ekranlara çıxıb. Triller janrında çəkilmiş layihənin rejissoru Maykl Apteddir, əsas rolları isə Cennifer Lopes, Billi Kempbell, Tessa Allen və Culyett Lyuis canlandırıb.
«Yetər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 may 2002
- Ölkə
- ABŞ
- Rejissor
- Maykl Apted
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 115 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın