
Sevyn Hill canavarları
Bostonlu uşaqlıq dostları Tom və Şon gənclik illərində Sevyn Hill meşəsində üzləşdikləri qorxunc hadisənin sirrini illərlə gizlədirlər. Zaman keçdikcə onların yolları ayrılır: Tom doğma şəhərində qalaraq vicdan əzabı və alkoqol asılılığı ilə mübarizə aparır, Şon isə Los-Ancelesə köçür, Tomun bacısı ilə evlənir və korrupsiyalaşmış bir polisə çevrilir.
Bacısının faciəvi ölümü köhnə dostları yenidən bir araya gətirir. Şonun yanına gələn Tom burada tələyə salınır və törətmədiyi bir cinayətə görə həbsxanaya düşür. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra o, aralarındakı etibarı puç edən keçmiş dostundan qisas almağa qərar verir.
ABŞ istehsalı olan «The Wolves of Savin Hill» cinayət və dram filmi 2014-cü ildə nümayiş olunub. Ekran əsərinin rejissoru Con Biton Hilldir, baş rollarda isə Cek Makqi, Brayan Skannell, Norman Marşak və Tim DeZarn çıxış edir.
«Sevyn Hill canavarları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2014
- Ölkə
- ABŞ
- Rejissor
- Con Biton Hill
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Megogo Voice
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın