
Li mi de caixiang
Taksi sürücüsü işləyən Limi dörd il əvvəl yoxa çıxmış sevgilisini axtarır. Gənc oğlan qəfil itsə də, qıza məktublar göndərməyə davam edir. Limi hər gün maşınına əyləşən sərnişinlərə onun fotoşəkillərini göstərərək sevgilisini görən birini tapmağa çalışır.
Eyni zamanda, kənddən böyük qazanc dalınca gələn iki nəfər ciddi problemlərlə üzləşir. Keçmiş asılılığından qurtulmağa çalışan Feyfey adlı qadın isə sevgilisi ilə münasibətlərini qaydaya salmaq istəyir. Gözlənilməz və müəmmalı bir ölüm bütün bu yad insanların talelərini vahid kriminal hadisədə birləşdirir.
«Li mi de caixiang» filmi 2008-ci ildə Çin və Honq-Konq kinematoqrafçıları tərəfindən dram və kriminal janrlarında lentə alınıb. Rejissor Cao Baopinqin ərsəyə gətirdiyi ekran əsərində baş rolları Den Çao, Yunqan Huan, Tszin Boran və Van Yanxuey canlandırır.
«Li mi de caixiang» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2008
- Rejissor
- Cao Baoping
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Любительский (одноголосый закадровый)
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın