
Qeyri-adi qarət
Bir-biri ilə yola getməyən iki bank işçisi uzun müddətdir düşmənçilik edir. Cinayətkarlar onların ailə üzvlərini girov götürərək hamısını öldürməklə hədələdikdə aralarındakı narazılıqlar arxa plana keçir. Qatillər yaxınlarının həyatı müqabilində onlardan çətin bir tələb irəli sürür.
Əməkdaşlar məcburiyyət qarşısında qalıb güclərini birləşdirməli və İrlandiya tarixinin ən böyük soyğununu həyata keçirməlidirlər. Qorxu içində olan bu iki həmkar doğmalarını xilas etmək naminə işlədikləri bankı qarət etməyə razılaşır.
«No Ordinary Heist» filmi 2004-cü ildə Şimal bankında baş vermiş real hadisələrə əsaslanır. 2026-cı il istehsalı olan bu kriminal dramı ABŞ, Böyük Britaniya və İrlandiya birgə ərsəyə gətirib. Rejissor kürsüsündə Kolin Makayvor əyləşib, əsas obrazları isə Yeva Birtistl, Mişel Ferli, Andrea İrvin və Eddi Marsan canlandırıb.
«Qeyri-adi qarət» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2026
- Ölkə
- ABŞ, Böyük Britaniya, İrlandiya
- Rejissor
- Kolin Makayvor
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 99 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın