
Dəlik
Məhkəmə qərarını gözləyən gənc Qaspar dörd nəfərin qaldığı başqa bir həbsxana kamerasına köçürülür. Burada cəza çəkən Jeo, Rolan, Monsinyor və Manu adlı məhbuslar istintaqın bitməsini sakitcə gözləmək fikrində deyillər. Onlar azadlığa çıxmaq üçün gizli bir qaçış planı hazırlayırlar.
Köhnə məhbuslar yeni gələn Qasparı da öz planlarına daxil etməyi qərara alırlar. Beş nəfər birləşərək zindanın divarını deşməyə başlayır və hər gün zəhmətlə bu dəliyi böyüdürlər. Onlar çətin yeraltı yollardan keçərək qurtuluşa çatmağa çalışırlar.
«Dəlik» adlı cinayət filmini fransız rejissoru Jak Bekker 1960-cı ildə çəkib. Fransa və İtaliyanın birgə istehsalı olan dram janrlı bu ekran əsərində baş rolları Mişel Konstantən, Jan Kerodi, Filipp Lerua və Raymon Mönye canlandırıb.
«Dəlik» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 mart 1960
- Rejissor
- Jak Bekker
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Müddət
- 131 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın