
En plein coeur
Sesil və Samira Parisdə kirayələdikləri mənzilin pulunu ödəməkdə çətinlik çəkirlər. Çıxış yolunu qanunsuz yollara əl atmaqda görən rəfiqələr əvvəlcə Mişel adlı varlı vəkildən pul kisəsini oğurlayırlar. Bunun ardınca onlar çinli zərgərin dükanını soymağa cəhd edirlər, lakin bu dəfə plan baş tutmur və Samira yaxalanır.
Azadlıqda qalan Sesil təcili şəkildə rəfiqəsini qoruyacaq hüquqşünas tapmalıdır. Qız oğurladığı cüzdanı yoxlayarkən oradan elə həmin Mişelin vizit kartını tapır. Beləliklə, təsadüfi qurbanla gənc oğrunun yolları tamamilə fərqli bir şəraitdə yenidən kəsişir.
«En plein coeur» adlı Fransa istehsalı olan kriminal dram filmi 1998-ci ildə nümayiş olunub. Ekran əsərinin rejissoru Pyer Jolivedir. Əsas rolları Fransua Berlean, Oreli Veriyon, Mari-Kristin Orri və Mişel Oume canlandırıblar.
«En plein coeur» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1998
- Ölkə
- Fransa
- Rejissor
- Pyer Jolive
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Авторский (одноголосый закадровый)
- Müddət
- 101 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın