
Dik Lonqun ölümü
Alabama ştatından olan üç həvəskar rok musiqiçisi qarajda məşq etdikdən sonra gecəni əyləncə ilə davam etdirmək qərarına gəlir. Lakin bu şənlik gözlənilməz faciə ilə nəticələnir: dostlardan ikisi ağır yaralanmış üçüncü yoldaşlarını xəstəxananın qarşısında qoyaraq oradan qaçır. Həkimlər yaralının həyatını xilas edə bilmir.
Yoldaşlarının öldüyünü öyrənən iki dost təşvişə düşür. Hadisə ilə əlaqələrini gizlətməyə çalışan və nəticələri düşünə bilməyən bu kəslər izləri itirmək üçün getdikcə daha absurd və mənasız addımlar atırlar.
ABŞ istehsalı olan «Dik Lonqun ölümü» (The Death of Dick Long) filmi 2018-ci ildə rejissor Daniel Şaynert tərəfindən çəkilib və o, layihədə əsas rollardan birini də canlandırıb. Kriminal komediya janrındakı filmdə həmçinin Maykl Ebbott kiçik, Andre Hayland və Canell Kokreyn çəkilib.
«Dik Lonqun ölümü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2018
- Ölkə
- ABŞ
- Rejissor
- Deniel Şaynert
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Любительский (одноголосый закадровый)
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın