
Zəncir
Enn və Cek uzun müddətdir uşaq sahibi olmağa çalışsalar da, arzuları reallaşmır. Eyni problemlə üzləşən Helen və Frenk cütlüyü isə bu vəziyyətdən çıxış yolunu qanundankənar əməldə görür. Övlad həsrəti onları başqa bir ailənin həyatını alt-üst edəcək addım atmağa vadar edir.
Cinayətkarlar Enni qaçıraraq onun guya öldüyü təəssüratını yaradırlar. Helenlə Frenkin məqsədi qadının onların körpəsini dünyaya gətirməsini gözləmək və sonra ondan birdəfəlik yaxa qurtarmaqdır. Lakin tərəflərin psixoloji vəziyyəti son həddə çatdıqca hadisələr ölümlə nəticələnə biləcək təhlükəli qarşıdurmaya çevrilir.
«Cord» («Zəncir») filmi 2000-ci ildə Kanadada rejissor Sidni C. Fyuri tərəfindən çəkilib. Kriminal dram və triller janrındakı ekran əsərində baş rolları Deril Hanna, Cennifer Tilli, Vinsent Qallo və Brent Fidler canlandırıb.
«Zəncir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2000
- Ölkə
- Kanada
- Rejissor
- Sidney C. Fyuri
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın