
Tövbə
Manuel Cordan silahlı soyğun zamanı törətdiyi qətlə görə ciddi rejimli həbsxanada iyirmi üç il keçirdikdən sonra vaxtından əvvəl azadlığa buraxılır. Hələ yeniyetmə ikən etdiyi bu ağır cinayət onun yaddaşından silinmir. Keçmişin xatirələri ilə yaşayan Manuel öldürdüyü gəncin bacısından əfv diləmək üçün hadisənin baş verdiyi şəhərə yollanır.
Burada o, gecələr moizə oxuyan, səhərlər isə marixuana çəkən pastor Maylz Evans ilə qarşılaşır. Həmçinin Manuel həyatını gecə klublarında puç edən Sofiya adlı gənc qadınla tanış olur. «Tövbə» (Levity) filminin qəhrəmanı keçmiş qurbanının bacısına əsl həqiqəti açıb-açmamaq və köhnə yaraları yenidən qanatmamaq barədə çətin bir qərar verməlidir.
2002-ci ildə ABŞ və Fransa tərəfindən istehsal edilmiş bu kriminal dram filminin rejissoru Ed Solomondur. Əsas obrazı Billi Bob Tornton canlandırıb, digər rollarda isə Vlasta Vrana, Dorian Hervud və Toni Kalabretta çəkiliblər.
«Tövbə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2002
- Rejissor
- Ed Solomon
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın