
Kraftidioten
Norveçin qarlı dağ yollarında qar təmizləyən böyük maşını idarə edən Nils öz işinə olduqca məsuliyyətlə yanaşır. O, göstərdiyi xidmətlərə görə hətta qəsəbənin ilin vətəndaşı adına da layiq görülüb. Lakin qəfil gələn acı xəbər onun həyatını alt-üst edir: oğlunun heroinin həddindən artıq dozasından vəfat etdiyi bildirilir.
Polisin rəsmi versiyasına heç cür inanmayan ata gerçəkləri özü axtarmaq qərarına gəlir. Oğlunun ölümündə əli olanları tapmağa çalışan sadə zəhmətkeş yerli cinayətkar qruplaşmalarla qarşı-qarşıya qalır. Beləliklə, intiqam yoluna çıxan Nils yerli narkomafiyanın nümayəndələrini bir-bir aradan qaldırmağa məcbur olur.
«Kraftidioten» filmi 2014-cü ildə Norveç, Danimarka və İsveçin birgə istehsalı ilə çəkilib. Kriminal dram və qara komediya janrında olan bu filmin rejissoru Hans Petter Mulanddır. Baş rolu Stellan Skarsqard canlandırıb, digər obrazlarda isə Bruno Qants, Peter Andersson və Devid Sakuray yer alıblar.
«Kraftidioten» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2014
- Rejissor
- Hans Petter Muland
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 112 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın