
Bəs Karotin var idimi?
1930-cu illərin əvvəllərində sovet gəmiqayırma zavodunda məxfi məlumatların kənara sızması faktı aşkarlanır. Dövlət sirrinin necə oğurlandığını öyrənmək üçün tanınmış çekist Karotin alim adı altında həmin müəssisəyə göndərilir.
Karotin gizli faşist casus təşkilatının izinə düşərək bu dolaşıq məsələni araşdırmağa başlayır. Ona fəaliyyətində təcrübəsiz, lakin çox həvəsli yerli xəfiyyələr kömək edirlər. Əks-kəşfiyyat sirlərini iş prosesində öyrənən köməkçilər bir-birinin ardınca gülməli və absurd vəziyyətlərlə üzləşirlər.
1989-cu il istehsalı olan «Bəs Karotin var idimi?» filmini rejissor Gennadi Poloka ekranlaşdırıb. Kriminal komediya janrındakı bu SSRİ lentində baş rolları Vasili Mişenko, Yuri Popoviç, İvan Bortnik və Lyudmila Qurçenko canlandırıblar.
«Bəs Karotin var idimi?» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1989
- Ölkə
- SSRİ
- Rejissor
- Gennadi Poloka
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 161 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın