
Yeddinci gün
Hadisələr hər şeyin Tanrının dincəldiyi bazar günlərində baş verdiyini düşünən azyaşlı qızın dilindən nəql olunur. Əhvalat İspaniyanın kiçik bir kəndində iki gəncin saf hissləri ilə başlayır. Lakin qısa müddət sonra vəziyyət gərginləşir və qızın ailə üzvlərindən birinin ucbatından gənc oğlan həyatını itirir.
İllər keçdikcə Luçana böyüyür, amma keçmişin intiqamı ailənin yaxasını buraxmır. Qisas zəminində onların evi yandırılır və anası alovların içində can verir. Həm sevgilisini, həm də anasını itirən qadının həyatında yalnız bir məqsəd — düşmənlərdən intiqam almaq qalır.
Real hadisələr əsasında lentə alınmış «The Seventh Day» filmi 2004-cü ildə rejissor Karlos Saura tərəfindən çəkilib. İspaniya istehsalı olan ekran əsərində baş rolları Xose Qarsiya, Eulaliya Ramon, Yoana Kobo və İrena Eskolar canlandırıblar.
«Yeddinci gün» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 aprel 2004
- Ölkə
- İspaniya
- Rejissor
- Karlos Saura
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın