
Gömrük
Gəmidə qızıl sikkələr daşıyan qaçaqmalçı, gizli yükü təsadüfən görən mexaniki dənizə atır. Gəmi Leninqrad limanına yan aldıqdan sonra gənc gömrük işçisi Yuri Xorunjev yoxlamaya başlayır. Həmin gəmidə onun yaxın dostu həkim kimi çalışır.
Cinayətkar qızılları həkimin yükünə yerləşdirir və dostuna güvənən gömrükçü onu yoxlamadan buraxır. Sonradan qaçaqmalçı həkimin evinə gələrək qızılları götürür və məsuliyyətin yalnız onun üzərində qalacağı ilə hədələyir. İndi gənc müfəttiş bu qanunsuz əməlin və baş verən hadisələrin izinə düşməlidir.
1982-ci ildə SSRİ-də istehsal olunmuş «Gömrük» kriminal filminin quruluşçu rejissoru Aleksandr Muratovdur. Əsas rolları Mixail Boyarski, Valentin Qaft, Vadim Yakovlev və Vladimir Yeryomin canlandırıblar.
«Gömrük» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 noyabr 1982
- Ölkə
- SSRİ
- Rejissor
- Aleksandr Muratov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 78 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın