
Edam kötüyünə aparan lift
Gizli münasibətdə olan qadın və sevgilisi qadının ərini aradan götürmək üçün qəsd hazırlayırlar. Cinayət həyata keçirilsə də, hər şeyin qüsursuz olacağını düşünən cütlüyün planı gözlənilməz xəta üzündən pozulur. Belə ki, kişi ofisin pəncərəsinə dırmaşmaq üçün istifadə etdiyi kəndiri balkonda unudur.
İzi itirmək məqsədilə kəndirin dalınca qayıdan qəhrəman qəfildən nasaz vəziyyətə düşən liftdə ilişib qalır. Hərəkətsiz qalan kabinədə vaxt daralır və tələyə düşən tərəflər hadisələrin nəzarətdən çıxması ilə üz-üzə gəlirlər.
2010-cu ildə ekranlara çıxan «Edam kötüyünə aparan lift» (Shikeidai no erebêtâ) triller janrında çəkilmiş Yaponiya filmidir. Rejissor Akira Oqatanın ekranlaşdırdığı kriminal dramda əsas obrazları Hiroshi Abe, Michiko Kichise, Keiko Kitagawa və San Willie canlandırıblar.
«Edam kötüyünə aparan lift» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 oktyabr 2010
- Ölkə
- Yaponiya
- Rejissor
- Akira Ogata
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 111 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın