
Saman qalxan
Nüfuzlu siyasətçi Ninaqavanın nəvəsi qətlə yetirildikdən sonra şübhələr əvvəllər oxşar cinayətə görə məhkum olunmuş Kiomarunun üzərinə düşür. Hadisədən üç ay sonra kədərli baba ölkənin ən böyük qəzetlərində elan verərək şübhəlini öldürən şəxsə bir milyard yen mükafat vəd edir. Qisas almaq istəyənlərin hədəfinə çevrilən Kiomaru çarəsiz qalıb polisə təslim olur.
Beş nəfərdən ibarət mühafizə dəstəsinə məhbusu Fukuokadan Tokioya sağ-salamat çatdırmaq tapşırılır. Hər addımda vəd edilən sərvəti ələ keçirmək istəyən insanlarla üzləşən polislər qatili qorumaqla qanunun keşiyində durmaq arasında çətin sınaqdan keçirlər.
Rejissor Takaşi Miikenin çəkdiyi 2013-cü il istehsalı olan «Wara no tate» (Saman qalxan) cinayət trillerində əsas rolları Takao Osava, Nanako Matsuşima, Tatsuya Fucivara və Tsutomu Yamazaki canlandırıblar.
«Saman qalxan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 aprel 2013
- Ölkə
- Yaponiya
- Rejissor
- Takashi Miike
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli, den904
- Müddət
- 125 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın