
Fironlar Torpağı
Qələbə ilə başa çatan yürüşdən sonra Qədim Misir hökmdarı böyük qənimətlərlə öz ölkəsinə qayıdır. Axirət həyatı barədə düşünən firon öz cəsədi və saysız-hesabsız xəzinələri üçün misilsiz bir məqbərə ucaltmaq qərarına gəlir. Xalq otuz il boyunca Xufu piramidasının inşası üzərində çalışmaq məcburiyyətində qalır.
Minlərlə insan monumental türbəni tikərkən, saray daxilində gizli intriqalar başlayır. Gözəlliyi ilə seçilən iddialı bir qadın fironun səltənətini və bütün sərvətini ələ keçirmək üçün məkrli planlar qurur. Yaranmış qarşıdurmaya ali kahin də cəlb olunur.
1955-ci ildə ABŞ-da istehsal olunmuş «Land of the Pharaohs» tarixi dram filminin rejissoru Hovard Houksdur. Əsas rolları Cek Hokins, Coan Kollinz, Dyui Martin və Aleks Minotis canlandırıblar.
«Fironlar Torpağı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 iyun 1955
- Ölkə
- ABŞ
- Rejissor
- Hovard Houks
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın