
Səma çağırır
Sovet kosmonavtları Marsa ilk uçuşu həyata keçirməyə hazırlaşırlar. Başlanğıc əmrini gözləyən heyət orbital stansiyada yerləşir və elə bu vaxt bura qırmızı planeti fəth etmək istəyən Amerika gəmisi də yan alır. İki tərəf arasında açıq rəqabət başlayır.
Rəqiblərini qabaqlamağa çalışan amerikalılar tələsik yola çıxaraq əlverişsiz marşrut seçirlər və tezliklə qəzaya uğrayırlar. Sovetlərin «Rodina» gəmisi isə fəlakətə düşən Amerika «Tayfun» heyətini xilas etmək naminə öz ilkin uçuş istiqamətini dəyişir.
«Səma çağırır» adlı bu elmi-fantastik macəra filmi 1959-cu ildə SSRİ-də rejissorlar Aleksandr Kozır və Mixail Karyukov tərəfindən lentə alınıb. Baş rolları İvan Pereverzev, Aleksandr Şvorin, Konstantin Bartaşeviç və Qurgen Tonunts canlandırıblar.
«Səma çağırır» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 sentyabr 1959
- Ölkə
- SSRİ
- Rejissor
- Aleksandr Kozır, Mixail Karyukov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 73 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın